Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti komandanın hücumçusu Kilian Mbappe haqqında danışıb.
Futbolpress.az xəbər verir ki, italiyalı mütəxəssis 25 yaşlı oyunçunun performansını müsbət qiymətləndirib:
“Mən bunu dəfələrlə demişəm. Mbappe təvazökarlıqla gəldi, hər şey qaydasındadır. O, komandaya, komanda da ona çox yaxşı uyğunlaşdı. Biz çox xoşbəxtik”.
Fransalı forvard “Real”ın heyətində 33 rəsmi oyuna çıxıb, 21 qol vurub və komanda yoldaşlarına 3 məhsuldar ötürmə edib. Şənbə günü, fevralın 8-də “Real” “Atletiko” ilə derbi keçirəcək.