PSJ rəhbərliyi komandanın baş məşqçisi Luis Enrike ilə müqavilənin müddətini artırmaq niyyətindədir.
Futbolpress.az xəbər verir ki, parislilər ispan mütəxəssislə 2027-ci ilin yayına qədər yeni müqavilə imzalayacaq. Müqavilənin imzalanmasının yaxın vaxtlarda elan ediləcəyi gözlənilir.
54 yaşlı mütəxəssisin klubla hazırki sözləşməsi cari mövsümün sonuna qədərdir.