“Real”ın sabiq futbolçusu Serxio Ramosun yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, 38 yaşlı müdafiəçi “Monterrey”ə keçib. Bu barədə Meksika klubunun mətbuat xidməti məlumat yayıb. Ramosla 1 illik müqavilə imzalanıb.
Serxio azad agent kimi komanda qoşulub. O, daha əvvəl “Sevilya”, “Real”, PSJ kimi klublarda çıxış edib.