Bu gün AFFA U-17 Liqasının “Vətən” – “Neftçi” matçında qalmaqal düşüb. Tərəflər arasında mübahisə əlbəyaxaya səbəb olub və nəticədə “Neftçi U-17″nin baş məşqçisi Asif Ramazanov ağır fiziki xəsarət alıb.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı “Futbolpress.az“a açıqlamasında məsələ ilə bağlı son vəziyyəti bölüşdü:
“Hazırda baş məşqçimiz Asif Ramazanovun vəziyyəti stabildir. Baş vermiş bu xoşagəlməz olaydan sonra xəstənaxaya aparılıb, burnuna gips qoyulub və evə buraxılıb. Təbii ki, bu hadisəyə görə çox təəssüflənirik. Bu cür halların gənclərin oyununda baş verməsi daha çox təəssüfləndirir. Məsələ klub olaraq diqqətimizdədi. Özümüz də araşdırma aparırıq. İnanırıq ki, İntizam Komitəsi məsələ ilə bağlı ölçü götürəcək və günahkarlara lazımi cəzanı verəcək”.
Şahin Cəfərov