I Liqa: “İmişli”dən önəmli qələbə

Bu gün Azərbaycan I Liqasında XIII tura start verilib.

Futbolpress.az xəbər verir ki, turun ilk günündə üç oyun baş tutub. MOİK ilə “İmişi” ev, lider “Qəbələ” isə səfər qələbəsinə sevinib.

“İmişli” ikinci pillə sahibi “Karvan”ı məğlub etməklə aradakı xal fərqini ikiyə endirdi.

Azərbaycan I Liqası

XIII Tur

6 fevral

MOİK – Cəbrayıl 2:1

Qollar: R.Orucov, 51, C.Tağıyev, 70 – Z.Abdurahmanov, 24

İmişli – Karvan 2:0

Qollar: E.Rəhimzadə, 58, O.Timilehin, 67

Difai – Qəbələ 0:1

Qol: M.Musayev, 64

7 fevral 

14:00. Bakı Sportinq – Zaqatala 

Binə qəsəbə stadionu

14:00. Mingəçevir – Qaradağ Lökbatan

Zaqatala OİK stadionu