Arteta kuboka vida etmələri haqda: “Çox yorğunuq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Kubokunda “Nyukasl”a uduzduqları (0:2) görüşdən sonra fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis kubokla vidalaşmaları haqda bunları deyib:

“Gözləntilərimiz var idi. İnanırdıq ki, vəziyyəti dəyişdirə bilərik. İki qol şansımız oldu, amma yararlana bilmədik. Fiziki və mənəvi cəhətdən çox yorğunuq. İrəli baxmalı və gələcəyi düşünməliyik”.