Azərbaycanda oynamış futbolçu 29 yaşında karyerasını bitirdi

“Sabah” və “Qəbələ”nin sabiq futbolçusu Zurab Oçiqava karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, o, bu barədə Ukrayna mətbuatına müsahibəsində deyib. Oçiqava məşqçiliyə başlayacağını bildirib.

Müdafiəçi müsahibəsində Azərbaycan karyerasına toxunub:

“Sabah”dakı dövr şübhəsiz ki, xarici karyeramdakı ən yaxşı dövr idi”.

Zurab 2021-ci ilin əvvəlindən 2023-cü ilin yayınadək “Sabah”da, 2023-24 mövsümündə isə “Qəbələ”də oynayıb. O, zədə üzündən xeyli müddət meydanlardan kənarda qalmışdı.