“Real” RFEF-in tədbirinə qatılmayacaq

Sabah İspaniya Futbol Federasiyası (RFEF) federasiya, liqa, klublar və Hakimlərin Texniki Komitəsinin (HKK) nümayəndələri ilə görüş keçirəcək.

Futbolpress.az xəbər verir ki, bu görüşdə ispan futbolunun problemlərinin həlli variantlarını müzakirə ediləcək. Söhbət mövzularından biri də məhkəmə məsələsi olacaq.

Üç həftə əvvəl “Real” (Madrid) tədbirə dəvət alıb və iştirakını açıqlayıb.

Bununla belə, çərşənbə axşamı klubdan RFEF-ə nümayəndələrin görüşdə iştirak etməyəcəyi barədə məlumat verilib.

Assosiasiya bu qərarı anlamır və hesab edir ki, konfrans bəzi məsələlərdə tərəflər arasında kompromis əldə etməyə kömək edəcək.