2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunda Azərbaycanın rəqibi olan İslandiya millisi iyunda keçirəcəkləri yoldaşlıq matçında Şimali İrlandiya ilə qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə İslandiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Görüş iyunun 10-da Belfastda keçiriləcək
Daha əvvəl İslandiyanın iyunun 6-da Qlazqoda Şotlandiya ilə qarşılaşacağı bəlli idi.
Azərbaycan – İslandiya matçları sentyabrın 5-də və noyabrın 13-də baş tutacaq.