“Kəpəz”dən ayrılan Redon Mihananın yeni klubu məlum olub.
Futbolpress.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Hamrun Spartans” klubuna keçib. Bu barədə Malta təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mihana mövsümün əvvəlində “Kəpəz”ə keçmişdi. O, “sarı-göylər”lə cəmi 4 oyuna çıxıb.