Sərxan Hacıyev suallara aydınlıq gətirəcək

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev dünən İcraiyyə Komitəsində verilən qərarlarla bağlı açıqlama verəcək.

FutbolPress“in məlumatına görə, funksioner toplantıdakı qərarlardan sonra yaranan suallara aydınlıq gətirəcək. O, bu axşam “CBC Cport”da yayımlanan “Bizim Futbol” verilişinin qonağı olacaq.

Buraxılış Azərbaycan futzal millisinin Avropa çempionatında Yunanıstanla oyunundan sonra yayımlanacaq. Matç saat 20:00-da start götürəcək.