“Qalatasaray” futbolçusunu “Roma”ya göndərdi

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, A Seriyası təmsilçisi “Qalatasaray”dan Viktor Nelssonu heyətinə qatıb. 26 yaşlı müdafiəçi mövsümün sonuna kimi icarə əsasında “canavarlar”ın formasını geyinəcək.

Nelsson bu mövsüm Super Liqada 11 oyuna çıxıb.