Ronaldo: “İnsanlar çox danışır, tənqid edir”

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo açıqlama verib.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatı haqda danışıb:

“Bura gəlməyə qərar verəndə liqanın bu qədər böyüyəcəyini düşünməzdim. Amma bir-iki ilə daha yaxşı olacağını ehtimal edirdi. İnsanlar çox danışır, tənqid edirlər. Lakin Səudiyyə Ərəbistanı ilə ABŞ çempionatı arasındakı fərq düzgün dəyərləndirilmir. İnsanlar nə danışdıqlarını başa düşmürlər. Onlar Səudiyyə Ərəbistanı çempionatının necə dəyərli olduğunu anlamırlar”.