Noyer yeni müqavilə imzaladı

Manuer Noyer “Bavariya” ilə müqaviləsini yeniləyib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı qapıçının Münhen təmsilçisiylə yeni müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Almaniyalı qolkiper 2011-ci ildən “Bavariya”nın heyətində çıxış edir.