Mahirin komanda yoldaşı Premyer Liqa klubunda

Almaniyanın “Nürnberq” klubunda icarədə olan Stefanos Tsimas karyerasını İngiltərədə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 19 yaşlı hücumçu “Brayton”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqa klubu Tsimas üçün Yunanıstanın PAOK klubuna 22 milyon funt-sterlinq ödəyəcək.

Tsimikas bu mövsüm “Nürnberq”də 17 oyunda 10 qol vurub. Futbolçu müqavilə ilə PAOK-a məxsus idi.

“Nürnberq”də Azərbaycan millisinin hücumçusu Mahir Emreli çıxış edir.