“Cenoa”nın hücumçusu Mario Balotelli yaxın zamanda klubdan ayrılacaq.
Futbolpress.az xəbər verir ki, italiyalı forvard “Venetsiya”ya keçəcək. Bu barədə “Sky Sport İtalia” nəşri məlumat yayıb. A Seriyası klubu keçidi yaxın zamanda açıqlayacaq.
34 yaşlı hücumçu bu mövsüm “Cenoa”da 6 oyunda ümumilikdə 56 dəqiqə şans qazanıb.