Ronaldo ona görə “Real” azarkeşlərinə müraciət etdi

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Real”ın futbolçusu Kilian Mbappe haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, “Əl Nəsr”də çıxış edən forvard fransalı hücumçu ilə bağlı bunları deyib:

“Mbappe? “Real” azarkeşlərinə müraciət edirəm, onun qayğısına qalın. Mbappe çox yaxşı oyunçudur. Onun kluba çoxlu xoşbəxtlik gətirəcəyinə şübhəm yoxdur. Mbappeni çox sevirəm. Onu böyük oyunçu kimi görürəm”.