“Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Birmingem təmsilçisi “Mançester Yunayted”dən Markus Reşfordu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Reşford icarə əsasında mövsümün sonuna kimi “Aston Villa”da forma geyinəcək.