Braziliya Superkubokunun qalibi məlum olub.
Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Botafoqo” və “Flamenqo” komandaları üz-üzə gəliblər. Matç “Flamenqo”nun qələbəsiylə başa çatıb – 3:1.
“Flamenqo” tarixində 4-cü dəfə bu titulu qazanıb.
“Qarabağ”dan “Flamenqo”ya keçən Juninyo bu görüşdə 80-ci dəqiqədə meydana daxil olub.