“Qarabağ”ın sabiq hücumçusu Kvabena Ovusu Türkiyənin “Ankaragücü” klubunda debüt edib.
Futbolpress.az xəbər verir ki, qanalı hücumçu “Ümraniyespor”la səfər matçında oynayıb. Ovusunun debütü uğursuz alınıb. O, oyunun 90-cı dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub.
“Ankaragücü” çempionatda 22 turdan sonra 30 xalla 13-cü sıradadır. Komandada azərbaycanlı futbolçu – Həsən Nəzərli çıxış edir.
Ovusu 2020-2023-cü illərdə “Qarabağ”ın formasını geyinib.