“Turan Tovuz” hücumçusuyla yolları ayırdı

“Turan Tovuz” hücumçusu Oto Conun transferi ilə bağlı Liviyanın “Al Madina” klubu ilə razılıq əldə edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klub, “Turan Tovuz” forması ilə 56 oyunda meydana çıxan Oto Cona gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayıb.

27 yaşlı nigeriyalı forvard cari mövsümdə “Turan Tovuz”un heyətində 22 matça çıxıb və 5 qol vurub.