Karyerasını Super Liqada davam etdirə bilər

“Qalatasaray” “Nyukasl”ın sağ cinah müdafiəçisi Kiran Trippyerlə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabiritsio Romano məlumat yayıb. Türkiyə klubu 34 yaşlı futbolçu üçün transfer pəncərəsi bağlanana qədər müqavilə imzalamaq ümidi ilə “sağsağanlar”a müraciət edib. Bununla belə, “Nyukasl”ın baş məşqçisi Eddi Hau ingiltərəli oyunçunu klubda saxlamaq istəyir.

34 yaşlı müdafiəçinin “Nyuksal”la sözləşməsi 2026-cı ilin yayına kimidir.