MY yeni transferini açıqlandı

“Leççe”nin müdafiəçisi Patrik Dorqu “Mançester Yunayted”ə keçib.

Futbolpress.az xəbər verir ki, 20 yaşlı oyunçunun yeni klubu ilə müqaviləsi 2030-cu ilə qədərdir. İtaliya təmsilçisi futbolçusunun transferindən 30 milyon avro alacaq, daha 5 milyonu isə bonuslarla təmin olunacaq.

Danimarkalı müdafiəçi cari mövsümdə İtaliya klubunun heyətində 23 matça çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.