Niderland futbolunda skandal yaşanıb.
Futbolpress.az xəbər verir ki, Robin Van Persinin rəhbərlik etdiyi “Herenven” “Fortuna” ilə matçda son dəqiqələrdə qələbəni əldən verib. Belə ki, rəqibin bərabərlik qolunu vurduğu anda meydanda “Fortuna”nın 12 oyunçusu olub.
Klub əvəzetmə etsə də, oyunçunun biri meydanı tərk etməyib və bu, hakimin gözündən yayınıb.