“Səbail” Azərbaycan Premyer Liqasının XXI turunda, səfərdə “Turan Tovuz”la heç-heçəyə razılaşdı – 1:1.
“Dənizçilər”in vingeri Rüfət Abdullazadə oyun haqda fikirlərini bölüşərək, “FutbolPress”in suallarını cavablandırdı:
– Çətin səfərə gəldiyimizi bilirdik. Qələbə də qazana bilərdik. Amma 1 xal qazandığımıza görə üzülmürük. Bu xallar çox vacibdir və gələcəkdə bizə kömək olacaq.
– Növbəti həftə həm Ölkə Kuboku, həm də Premyer Liqada “Qarabağ”la qarşılaşacaqsız. Çempionatın flaqmanıyla 1 həftədə 2 dəfə oynamaq, komandanın üzərində təzyiq yaratmır?
– Xeyr. Gördüyünüz kimi mövsümün ikinci yarısına yaxşı başlamışıq. Bunu davam etdirmək istəyirik. “Qarabağ”a qarşı da əlimizdən gəldiyi qədər vuruşacayıq. Yaxşı nəticə əldə etməyə çalışacayıq ki, azarkeşlərimizi sevindirək.
– Cavid Hüseynovun komandaya baş məşqçi təyinatından sonra həm öz, həm də komandanın performansında artım hiss edirsən?
– Əlbəttə, bunu hiss edirəm. Cavid müəllim də hər dəfə komandaya olan dəstəyini vurğulayır. Həm taktiki, həm də texniki baxımdan indi daha yaxşıyıq. Çünki bu proses getdikcə özünü göstərir.
– Rəqibin azlıqda qalmasından sonra yaxşı basqı yaratdız. Bunun sayəsində hesabı bərabərləşdirdiz, ancaq qələbə üçün 1 qol çatmadı…
– “Turan Tovuz” güclü müdafiə olunan komandadır. Onlara qol vurmaq həmişə çətindir. İlk qolu tez vursaydıq, ikincisini də vura bilərdik. Əfsuslar olsun ki, gec vurduq. Amma şükürlər olsun ki, məğlub olmadıq və buradan 1 xalla ayrıla bilirik.
– Tovuzlu azarkeşlərin yaratdığı atmosferi necə qiymətləndirirsən?
– Belə matçlarda oynamaq çox xoşdur. Tovuzlu azarkeşlər həmişə seçilir. Çünki onlar öz komandalarını sevirlər. Belə oyunlar bütün futbolçular üçün xoşdur.
Mirkamal Kazım