“Atalanta” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Berqamo təmsilçisi “Montsa”dan Daniel Maldinini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı hücumçu ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Maldini bu mövsüm “Montsa”da 20 oyunda 3 qol vurub. O, “Milan”ın məşhur futbolçusu Paolo Maldininin oğludur.