“Real” İspaniya La Liqasının XXII turunda “Espanyol”a uduzub.
Futbolpress.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Çətin oyun alındı. İkinci hissədə oyuna bütün nəzarət bizdə oldu, çoxlu şanslar yaratdıq. Zərbələrimiz dirəyə tuş gəldi. Ümumilikdə 20-yə yaxın zərbə vurduq.
“Espanyol” kifayət qədər yaxşı oynadı. Müdafiədə boşluq vermədilər və bizi əks-hücumda tutdular. Bu, onların oynamaq istədiyi oyun idi”.