“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, İstanbul klubu “Srvena Zvezda”dan Onqyen Mimoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Serbiyalı cinah müdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb.
“Fənərbağça” 20 yaşlı futbolçu üçün 8,5 milyon avro ödəyəcək.