Henderson üzr istədi

“Ayaks”ın yarımmüdafiəçisi Cordan Henderson diqqətçəkən açıqlamasıyla gündəmə gəlib.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı futbolçu komandada oynamaq istəmədiyini bildirib. Bu da azarkeşlərin qınağına tuş gəlib. Henderson buna görə də klubdan üzr istəyib. O, ən azından yaya qədər komandada qalacağına söz verib.

İngiltərəli oyunçunun “Monako”ya mümkün transfer məsələsinin də geridə qaldığı bildirilir.