Avropa Liqasının püşkü atıldı

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça” evdə “Anderlext”lə qarşılaşacaq.

”Qalatasaray” isə “AZ Alkmaar”ın qonağı olacaq.

UEFA Avropa Liqası
Pley-off mərhələsi

Tvente (Niderland) – Budo-Qlimt (Norveç)

Fənərbağça (Türkiyə) – Anderlext (Belçika)

Yunion (Belçika) – Ayaks (Niderland)

PAOK (Yunanıstan) – FCSB (Rumıniya)

AZ Alkmaar (Niderland) – Qalatasaray (Türkiyə)

Mityülland (Danimarka) – Real Sosyedad (İspaniya)

Ferentsvaroş (Macarıstan) – Viktoriya (Çexiya)

Portu (Portuqaliya) – Roma (İtaliya)

Pley-off mərhələsinin ilk oyunları fevralın 13-də, cavab matçları isə fevralın 20-də keçiriləcək.