Avropa Liqası: “Qarabağ”dan 8 turda diqqətçəkən məqamlar

UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, klubların bu mərhələdəki statistik göstəriciləri açıqlanıb.

“Qarabağ” 8 turun yekununa əsasən ən çox hücum cəhdi edən komandalar arasında 6-cı sıradadır. Qurban Qurbanovun yetirmələri Liqa mərhələsində 314 hücum cəhdi edib. Komanda 41 künc zərbəsindən istifadə edib. “Atlılar”ın oyunçuları 8 oyunda 15 dəfə ofsayda düşüb.

“Qarabağ” eyni zamanda ən çox qol buraxan komandadır. “Atlılar”ın qapıçıları həm də 34 seyvlə ən çox qurtarış edənlərdən sırasındadır.

“Qarabağ” Liqa mərhələsinin 36 komanda arasında sonuncu pillədə bitib.