“Qarabağ” Avropa Liqasını məğlubiyyətlə başa vurdu

“Qarabağ” bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin son oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. Oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

“Qarabağ” 36 komanda arasında 3 xalla 34-cüdür. “Olimpiakos” isə 12 xalla 12-ci sıradadır və pley-off şansları davam edir.

Avropa Liqası
Liqa mərhələsi, VIII tur

30 yanvar

00:00 Olimpiakos (Yunanıstan) – Qarabağ 3:0

Qollar: El Kabi, 56, 60, C.Biankon, 89
Baş hakim: Radu Petresku (Rumıniya)