Kasilyas: “Əvvəllər Vinisiusu ələ salırdılar”

Madird “Real”ının sabiq qapıçısı İker Kasilyas braziliyalı oyunçu Vinisius Junior haqda danışıb.

Futbolpress.az xəbər verir ki, ispaniyalı qolkiper Vinisiusun ən yaxşı futbolçulardan biri olduğunu ifadə edib.

Əvvəllər hər dəfə Vinisiusla zarafatlaşır və ələ salırdılar. Sonra özü də ən yaxşılardan biri oldu və ümid edirəm ki, belə də qalacaq”.

Kasilyas həmçinin 24 yaşlı vingerin Səudiyyə Ərəbistanına keçidiylə də bağlı düşüncələrini bölüşüb:

“Real” azarkeşi kimi mən Vinisiusun Madriddə qalmasını istərdim. O, kluba gələndən bəri fantastik şəkildə inkişaf edib”.

Kasilyas 2003/15-ci illər ərzində “kral klubu”nun heyətində çıxış edib.