La Liqanın prezidenti Xavyer Tebas İspaniya mətbuatına müsahibə verib.
Futbolpress.az xəbər verir ki, Tebas La Liqa klublarının hakimliyi tənqid etməsinə münasibət bildirərkən, təəssüfləndiyini deyib:
“Təəssüf ki, biz son bir neçə il ərzində bununla məşğul oluruq. Bu yeni məsələ deyil. Mən “Real”ın (Madrid) klub televiziyasından və “Barselona”nın prezidenti Xuan Laporta tərəfindən gələn tənqidi bəyənmirəm. Fevralın 6-da bütün klublarla və Texniki Hakimlər Komitəsi ilə görüş keçirəcəyik. Görək, irəliləyiş əldə edə biləcək hansısa həll yolu tapa bilərik. Bir il əvvəl La Liqa klubları hakimlik sistemində dəyişikliklərin zəruri olduğunu bildirdilər”.