Basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, kubokun ilk oyun günündə iki görüş baş tutub. NTD “Lənkəran”ı 87:73, “Abşeron” isə “Quba”nı 96:94 hesabı ilə məğlub edib. Beləliklə, “Abşeron”la NTD 1/4 finala vəsiqə qazanıb.
Bu mərhələnin “Gəncə” – “Ordu” və “Sumqayıt” – “Neftçi” oyunları sabah təşkil olunacaq. “Naxçıvan”, “Sabah”, “Sərhədçi” və “Şəki” komandaları mübarizəyə 1/4 finaldan start verəcəklər.