Əsgərov: “Şansımız pis deyil”

“Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Abşeron”la oyunundan öncə klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşdən gözləntilərini bölüşüb:

“Kubok fərqli turnirdir. “Abşeron”la oyuna yaxşı hazırlaşmışıq. Bu mərhələ bir oyundan ibarətdir. Mənə elə gəlir ki, şansımız pis deyil.

Çünki burada 3+2 sistemi oynanılır. Fikrət Ələkbərov öz oyununu tapır, Zaur Paşayev artıq tam sağalıb. Bunlar bizim üçün üstünlük ola bilər. Rəqibi də analiz etmişik, hazırlaşmışıq. Düzdür, “Abşeron”un yerli oyunçuları pis deyil. Rəqib çox güclü komandadır. Heyətində çox yaxşı əcnəbi oyunçular da yer alıb, onları izləmişəm. Ancaq qələbə haqda düşünürük. Alınsa, çox sevinərik”.