Balotelli üçün klub axtarırlar

İtaliyalı hücumçu Mario Balotelli “Cenoa”dan ayrılmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun direktoru Marko Ottolini yerli mətbuata açıqlamasında deyib. O, Balotellinin daha çox oynamaq istədiyi və bu səbəbdən ona klub axtardıqlarını söyləyib.

34 yaşlı hücumçu ötən ilin oktyabrında “Cenoa”ya keçib. O, bu mövsüm 6 oyunda meydana olub və qol vura bilməyib.