Neymar yetirməsi olduğu kluba qayıdacaq

“Əl Hilal”ın hücumçusu Neymar karyerasını Braziliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, oyunçu “Santos”la razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Braziliya klubunun bu həftə Neymarla müqavilə imzalayacağı gözlənilir.

“Santos”un yetirməsi olan Neymar daha sonra “Barselona”, PSJ və “Əl Hilal”da oynayıb. Futbolçu Səudiyyə Ərəbistanı klubunda bu mövsüm iki oyuna çıxıb. Neymar uzunmüddətli zədədən yeni sağalıb.