Premyer Liqa klubları türkiyəli hücumçu ilə maraqlanır

“Beşiktaş”ın futbolçusu Semih Kılıçsoy karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Aston Villa” və “Nyukasl” 19 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Premyer Liqa klubları yaxın zamanda Semih üçün rəsmi təklif göndərəcək.

Kılıçsoy bu mövsüm Super Liqada 18 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.