Mövsümü “Betis”də başa vuracaq

Antoni mövsümün qalan hissəsini “Betis”də keçirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə “Mançester Yunayted”in mətbuat xidməti məlumat yayıb. Klubun bəyanatında braziliyalı futbolçunun İspaniya klubuna icarəyə verildiyini təsdiqlənib:

“Antoni 2024/25 mövsümünün qalan hissəsini beynəlxalq razılığa əsasən İspaniyada keçirəcək. 24 yaşlı futbolçu La Liqa klubu “Betis”ə icarəyə verilib”.

Antoninin “qırmızı şeytanlar”la müqaviləsi 2027-ci ilin yayına kimidir.