Türkiyə Super Liqasında XXI turun görüşləri keçirilir.
Futbolpress.az xəbər verir ki, bu gün keçirilən 3 görüşdə qapılara 17 qol vurulub. “Sivasspor”la “Alanyaspor” 3 xalı 5 qolla qazanıb. “Qalatasaray” isə minimal hesablı qələbəylə kifayətlənib.
Turun açılış günündə bir matç keçirilib. “Samsunspor” doğma meydanda “Qaziantep”dən üstün olub. Samsunlular bu qələbə sayəsində ilk “üçlük”dəki yerini daha da bərkidib.
Türkiyə Super Liqası
XXI Tur
24 yanvar
Samsunspor – Qaziantep 2:1
Qollar: Marius, 44, S.Aydoğdu, 83 – K.Kodro, 47
25 yanvar
Sivasspor – Kayserispor 5:2
Qollar: R.Manaj, 5, 90+2, O.Piri, 10 (avtoqol), G.Rodrigez, 45+1, E.Bassan, 77 – D.Nazon, 46, A.Morte, 90+1
Alanyaspor – Başakşehir 5:4
Qollar: S.Kordova, 13, Y.Özdemir, 23, Riçard, 80, L.Auqusto, 82, F.Haderqyonaj, 90+1 (pen.) – D.Türüç, 20, K.Piatek, 29, 90+7 (pen.), M.Krespo, 57,
Qalatasaray – Konyaspor 1:0
Qol: V.Osimhen, 22 (pen.)