PSJ-nin baş məşqçisi Enrike Çempionlar Liqasında “Mançester Siti”yə qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 4:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Qələbə çox möhtəşəmdir. Qısa müddətdə geri düşsək də, reaksiyamız yaxşı oldu və qələbə qazana bildik. Futbol sevinc və kədər gətirir. Hər ana hazır olmalı və bunun öhdəsindən gəlməyi bacarmalısan”.
PSJ turnirdə 10 xalla 22-ci sıradadır.