ÇL: həftənin oyunçusu adına 4 namizəd

UEFA Çempionlar Liqasında VII turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Futbolpress.az xəbər verir ki, bu ada “Real”dan Vinisius Junior, “Atletiko”dan Xulian Alvares, “Barselona”dan Rafinya və PSV-dən Lyuk de Yonq namizəd göstərilib.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.