“Borussiya”da (Dortmund) baş məşqçi axtarışları davam edir.
Futbolpress.az xəbər verir ki, dünən Nuri Şahini istefaya göndərən Almaniya klubu Niko Kovaçla danışıqlar aparır. Bu barədə “Sky” nəşri məlumat yayıb. “Borussiya” rəhbərliyi 53 yaşlı mütəxəssisi komandanın sükanı arxasına gətirmək istəyir. Kovaçla ilkin anlaşma mövsümün sonuna kimi olacaq.
“Borussiya” Bundesliqada 18 turdan sonra 25 xalla 10-cu sıradadır.
Kovaç son olaraq Almaniyada “Volfsburq”a rəhbərlik edib. O, 2024-cü ilin martından işsizdir.