İngiltərə nəhəngindən İtaliyaya üz tutdu

“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker “Milan”a keçməyə razılaşıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabiritsio Romano məlumat yayıb. İngiltərəli sağ cinah müdafiəçisi 6 aylıq icarə əsasında İtaliyaya keçəcək. A Seriya təmsilçisi onun maaşını tam ödəyəcək. “Milan”ın mövsümün sonunda Uolkerlə 2027-ci ilə qədər sözləşmə imzalayacağı da nəzərdə tutulur.

34 yaşlı oyunçu 2017-ci ildən bəri “şəhərlilər”in heyətində çıxış edir.