Skarlatake: “Qarabağ” və “Styaua” eyni keyfiyyətdə komandadır”

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin VII turunda sabah “Styaua” (Rumıniya) ilə qarşılaşacaq.

Rumıniyalı keçmiş futbolçu Adrian Skarlatake “FutbolPress“ə açıqlamasında oyundan gözləntilərini bölüşdü:

“Maraqlı oyun olacaq. “Qarabağ” və “Styaua” eyni keyfiyyətdə komandadır. Rumıniyalılar üçün vacib görüşdür. Çünki onların növbəti mərhələ şansları daha çoxdur”.

Azərbaycanda “Zirə” və “Keşlə” (indiki “Şamaxı”) forması geyinmiş Skarlatake oyunla bağlı proqnozunu söylədi:

“Qarabağ” azarkeşləri önündə oynayacaq və “Styaua”da bəzi itkilər var. Azərbaycan klubunun cüzi öndə olduğunu düşünürəm. “Styaua” da “Qarabağ” kimi hücum futbolu oynamağı sevir. Hər iki komandanın qol vuracağını düşünürəm”.

Şahin Cəfərov