Nuri Şahinə vida

Dortmund “Borussiya”sında baş məşqçi Nuri Şahinlə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Borussiya” dünən Çempionlar Liqasında “Bolonya”ya 1:2 hesabıyla uduzub. Komanda Bundesliqada 18 turdan sonra 25 xalla 10-cu sıradadır.