Çempionlar Liqasında Liqa mərhələsinin VII turuna start verilib.
Futbolpress.az xəbər verir ki, bu gün 9 qarşılaşma baş tutub. Bütün nəfəsləri kəsən, 9 qolun vurulduğu matçdan “Barselona” qalib çıxıb. “Bolonya” hesabda geridə olduği halda 2 dəqiqədə görüşün taleyini həll edib. “Atletiko”da Xulian Alvarezin son dəqiqə qolu sayəsində geridönüşlə qələbə qazanıb.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi
VII Tur
21 yanvar
Atalanta – Ştrum Qraz 5:0
Qollar: M.Retequi, 12, M.Paşaliç, 58, De Ketelare, 63, A.Lukman, 90, M.Bresçianini, 90+5
Monako – Aston Villa 1:0
Qol: V.Sinqo, 8
22 yanvar
Atletiko Madrid – Bayer Leverkuzen 2:1
Qollar: X.Alvarez, 52, 90 – P.Hinkapye, 45+1
Benfika – Barselona 4:5
Qollar: V.Pavlidis, 2, 22, 30 (pen.), R.Arauxo, 68 (avtoqol) – R.Levandolski, 13 (pen.), 78 (pen.), Rafinya, 64, 90+6, E.Qarsiya, 87
Bolonya – Borussiya Dortmund 2:1
Qollar: T.Dallinqa, 71, S.Junior, 72 – S.Quirassi, 15 (pen.)
Brügge – Yuventus 0:0
Srvena Zvezda – PSV 2:3
Qollar: C.Ndiaye, 71, N.Djica, 77 – L.De Yonq, 17, 23, R.Flaminqo, 43
Liverpul – Lill 2:1
Qollar: M.Salah, 34, H.Elyot, 67 – C.David, 62
Slovan Bratislava – Ştutqart 1:3
Qollar: İ.Metsoko, 85 – C.Levelinq, 11, 36, F.Rayder, 87