Kapitan: “İstəməzdik belə olsun”

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XIX turunda “Kəpəz”ə məğlub olub – 2:5.

Tovuz təmsilçisinin müdafiəçisi Şəhriyar Əliyev “FutbolPress“ə açıqlamasında oyunu şərh etdi:

“Acı məğlubiyyət oldu. İstəməzdik belə olsun. İki dəfə önə keçsək də, hesabı qoruya bilmədik. Rəqib bizi əks-hücumlarda tutdu və qollarını vurdu. Standart vəziyyətlər üzərində çox çalışırıq, amma yenə qollar buraxırıq. Çalışacağıq ki, səhvləri aradan qaldıraq”.

Kapitan Premyer Liqanın XX turunda “Qarabağ”a qarşı keçirəcəkləri matçdan gözləntilərini bölüşdü:

“Qarabağ”la oyun ağır olacaq. Çempionatda asan oyun yoxdur. Bütün komandalar bir-biriləri ilə mübarizə aparır. Çalışacağıq ki, yaxşı oyun göstərə bilək və xallar qazanaq”.

Şahin Cəfərov