Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK heyətini hücumçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “kimyaçılar” son olaraq Gürcüstanın “Torpedo” (Kutaisi) klubunda çıxış etmiş qvineyalı Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb. “Sumqayıt Hospital”da tibbi yoxlanışdan uğurla keçən 27 yaşlı futbolçu “Sumqayıt” FK-nın heyətində “11” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Momo Yansane karyerası boyunca “Torpedo” ilə yanaşı “Nijni Novqorod” (Rusiya), “Şerif” (Moldova), “Riyeka” (Xorvatiya) kimi klublarda çıxış edib. O, Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.